Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Ana şeirləri » Ana Can

Ana Can

15-01-2015, 23:49
Müəllif: CavidanMM
Baxış sayı: 24586
Şərhlər: 32
Çap etmək
loading...
Ağ tellərin saçlarına yaraşıq
Gözəllikdi üzündəki qırışıq
Həyatıma sənlə yanır hər işıq
Sənsiz həyat sönür, inan anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Əsəbləşirdim mənə ərk edəndə
Gec olacaq mən səni dərk edəndə
Sinifdə qoyub məni tərk edəndə
Axardı göz yaşım, dayan, anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Sevindin əsgərlik yaşa çatanda
Qayıdıb subaylıq daşın atanda
Uşaqlıqda mən gecələr yatanda
Lay lay deyirdin mənə can anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Qız gəlin köçəndə yaşardı gözün
Həm ağlayıb, həm də gülürdü üzün
Kövrəldiyin gizlətsən də sən özün
Edirdi gözlərin bəyan, anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Dostum da var ki, anasız yaşıyır
Çiyinləri üstdə onu daşıyır
Özü hər gün öz yarasın qaşıyır
Deyir darıxmışam yaman anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Ana ömrün fəda edib övlada
Fəqət özü yoxdu daha dünyada
Nə gözlərin açır, nə bir səs-səda
Oğul yenə edir güman…anacan…
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

“Ana, sənsiz sönüb evin çırağı
Bu cəzadır yoxsa həyat sınağı?!”
Öpüb soyuq üzü, doğma yanağı
Qızı pıçıldayır “oyan anacan”
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

“Ölüm ki var səni məndən umubdu
Sənsiz damarlarımda qan donubdu
Sanki başımın üstünə qonubdu
Qonub çəkilməyən duman anacan…
“Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Müəllif: Hasan Shans
/ SevgiDOLU.Biz
Reyting:
  
Bu şeirə aid sorğumuz
Bu şeir xoşunuza gəldimi?
Bəli
Xeyr
Belədə
Ümumi səslər: 101
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərhlər (32)
yaqub 11 fevral 2015 19:45
Bax hu menim ev tapwirigim ucun xeyrli olacaq:)))))))
Sitat          1
kenan 11 fevral 2015 20:25
Şukur bu gunumuze??!!...
Sitat          2
punhan 12 fevral 2015 16:44
Halalsi buna yazana ev tapsiriqma lazim iydi muellim dimisde dvar qezeti hazirlamağa der ucun ana seiri halaldi ehsen
Sitat          3
qulu 12 fevral 2015 19:10
halal olsun bunu yazana melim tapsirig vermisdi ebediyyatdan bunu yaxdim
Sitat          4
Ülviyye 13 fevral 2015 21:32
Bu gün menim anamın ad gunu idi.bu seiri onun ucun oxudum çox sevindi:)
Sitat          5
aygul 14 fevral 2015 17:06
cox gozel seirdi divar qaztinde xususi yeri olacaq ancaq cox uzundiyee

bide bunu kim yazibbb
Sitat          6
AlyeL AvomirəK 16 fevral 2015 17:54
Çox gözəl şeirdi.Şairə halal olsun.♥A♥N♥A♥
Sitat          7
zeynalli_aysel 16 fevral 2015 20:35
SQOLUN BUNU YAZDIQINIZ UCUN love love winked
Sitat          8
aywen kaya 16 fevral 2015 21:26
COX GOZELDIRRRR love love love
Sitat          9
dadada 17 fevral 2015 13:30
Sitat: aywen kaya
COX GOZELDIRRRR love love love


Elaaa Super Azeri ve Turk Qardawlarima Salam Olsun. winked
Sitat          10
nermin 17 fevral 2015 20:03
Cox duygulandim ! Cox qemli bir weirdir!!!
Sitat          11
Mahmud 25 fevral 2015 20:35
Çox gözəl şeirdi.
Amma bir sualım var.Bu şeirin müəllifi kimdir?
Sitat          12
Offline üzv Offline CavidanMM 25 fevral 2015 21:31
Sitat: Mahmud
Çox gözəl şeirdi.
Amma bir sualım var.Bu şeirin müəllifi kimdir?

salam, bilmirik kimindir...
Sitat          13
ilkin.murquzov 27 fevral 2015 23:44
Niyə elə deyirsiniz....Bizdər ancaq Anamızın qədirin ya işimiz düşəndə və yaxud ALLAH uzaq eləsin öləndə bilirik.......düz demirəm

Bütün anaların əllərinən öpüm...ALLAH BÜTÜN ANALARIN ÖMRÜNÜ UZUN ELƏSİN AMİN.......
Sitat          14
ilkin.murquzov 27 fevral 2015 23:48
ALLAH BÜTÜN ANALAR ÖMRÜNÜ UZUN ELƏSİN....AMİN....VƏ BÜTÜN A♥N♡A♥L♡A♥R♡I♥N ÖMRÜNÜ UZUN ELƏSİN
Sitat          15
seymur 1 mart 2015 22:00
Kaski analar olmez olardi
Sitat          16
89889959940 5 mart 2015 20:33
cox gozel weyirdi ve cox menalidi smile fellow no


super bully


Nahide feel love

sabah tedbir olacaq orda deyecem winked
Sitat          17
denizens 6 mart 2015 21:05
bele seir esitmemisdim halal
Sitat          18
Elgun 7 mart 2015 20:04
zorrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Sitat          19
nizami 7 mart 2015 21:29
Çox gözəldi sağ olun

Əhsən bunu yazana 8 Mart üçün anama oxuyacam çox gözəldir

Sitat: nizami
Çox gözəldi sağ olun

Əhsən bunu yazana 8 Mart üçün anama oxuyacağam çox gözəldir
Sitat          20
nilay 15 mart 2015 12:58
Anamcun cox darixmiwam.
Sitat          21
idmanci 23 aprel 2015 13:16
Cooooxxx gozeldi
Sitat          22
Ramil 25 aprel 2015 14:03
Gozeldi amma cog uzundu
Sitat          23
Ulviyye29 30 may 2015 16:20
men may ayinin ucu anami itirdim. Onun ucun cox darixiram. Bele werlerde teselli tapiram,aglayib ureyimi bowaldiram.
Sitat          24
heyatim anam 25 avqust 2015 23:50
Allahim....
ana her seyden ustundur.....
Men anami cox sevirem.anama asiqem.allah butun analari ve atalari qorusun......AMIN!INSALLAH!♡♡♡♡♡♡♡♡♡

Sitat: heyatim anam
Allahim....
ana her seyden ustundur.....
Men anami cox sevirem.anama asiqem.allah butun analari ve atalari qorusun......AMIN!INSALLAH!♡♡♡♡♡♡♡♡♡
Sitat          25
Offline üzv Offline hasanshans 16 sentyabr 2015 22:48
Salamlar! Xahiş edirəm bu cür hallara yol verməyin. Mən 2011-ci ildəndir ki şeirlər yazıram. Bu şeirin müəllifi də mənəm. Rəsmi saytımda da bu şeir var. Rəsmi facebook səhifəmə yazıb mənlə əlaqə saxlaya bilərsiz : www.fb.com/hasan.shans

https://www.youtube.com/watch?v=bwybIRb4-0A bu video 2014-də yüklənib, şeir isə 2015-də. Yəni mən bu şeiri bitirən kimi video şəklində yutuba yüklədim, ondan qabaqki tarixdə bu şeiri heç bir yerdə tapa bilməzsiz, çünki onu ilk dəfə mən yazıb yükləmişəm. Xahiş edirəm müəllif hüquqlarına hörmət edək!

Sitat: Mahmud
Çox gözəl şeirdi.
Amma bir sualım var.Bu şeirin müəllifi kimdir?

Sitat: CavidanMM
Sitat: Mahmud
Çox gözəl şeirdi.
Amma bir sualım var.Bu şeirin müəllifi kimdir?

salam, bilmirik kimindir...


Salam. Bu şeirin müəllifi mənəm. https://www.youtube.com/watch?v=bwybIRb4-0A bu video 2014-də yüklənib, şeir isə bu səhifəyə 2015-də. Yəni mən bu şeiri bitirən kimi video şəklində yutuba yüklədim, ondan qabaqki tarixdə bu şeiri heç bir yerdə tapa bilməzsiz, çünki onu ilk dəfə mən yazıb yükləmişəm. Xahiş edirəm müəllif hüquqlarına hörmət edək! Digər şeirlərimlə rəsmi saytımda tanış ola bilərsiniz.
Sitat          26
Offline üzv Offline CavidanMM 17 sentyabr 2015 07:36
Salam hörmətli isyifadəçi! Biz Sevgidolu.Biz Rehberliyi olaraq hamıya hörmət edirik. Hamının hüququnu eyni tuturuq. Başa düşmədik , biz axı bu məqalədə müəllif hüququnu pozmamışıq. Əgər pozsaydıq məsələn yazardıq ki Müəllif: Filankəs. Bizdən soruşanda ki, bu şeir kimindir, biz Müəllifini biımirik deyə qeyd etmişik. Nəsə çətinlik varsa buyura bilərsiz. 0517101296
Sitat          27
katycat 26 oktyabr 2015 19:11
harika belay cok beyendim
Sitat          28
Zaza 3 dekabr 2015 19:50
Ela seirdi.Halal olsun HasanŞhans
Sitat          29
musa 16 dekabr 2015 17:06
Box by EV tapsiriqim ucun yazilib
Sitat          30
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin:
Fatal error: Call to a member function close() on a non-object in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/index.php on line 388