Xəbər > Ana şeirləri, Vahid Çəmənlin şeirleri > Ana...

Ana...


5-12-2015, 11:37. Yerləşdirildi: Vahid Çəmənli
Bir an gecikəndə bənövşə kimi,
Doqqazın ağzında bitirdin, ana.
Bir ′′ana′′ deyəndə, əvəzində sən,
Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.

Beşiyim başında qaldın yuxusuz,
Qoymadın böyüyəm hissiz, duyğusuz,
Böyüdə-böyüdə məni qayğısız,
Özün gəncliyini itirdin, ana.

Nə toyda şad oldun, nə də düyündə,
Unutdun ətrini gül-çiçəyin də,
Bu qədər qayğını zərif çiyində,
Bilmədim, nə təhər götürdün, ana?

Vahidəm, sinəmdə dağ neçə-neçə,
Qarışdı gözümdə gündüzlə gecə,
Mən səni dünyadan aparım necə?
Sən məni dünyaya gətirdin, ana.

Vahid Çəmənli

Geri qayıt