Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Ən son xəbərlər » Manat üçün ən ağır ay başlayır - PROQNOZ

Manat üçün ən ağır ay başlayır - PROQNOZ

22-11-2016, 15:13
Müəllif: CavidanMM
Baxış sayı: 825
Şərhlər: 14
Çap etmək
loading...
2015-ci ildə manatın devalvasiyası ilə başlanan milli valyutanın ucuzlaşması prosesi 2016-ci ildə də davam edib.

“Qafqazinfo” xəbər verir ki, ötən il dollar qarşısında iki dəfə devalvasiyaya məruz qalmış milli valyutanın bu ilin sonuna doğru yenidən ucuzlaşacağı gözlənilir. Belə ki, dekabr bayram ayı olduğu üçün həm ölkədən tətilə getmək istəyənlərin sayında artım müşahidə olunacaq, eyni zamanda ölkəyə gətirilən mal və məhsulların sayı artacaq. Bu da dollara təlabat yaradan əsas amillərdən biri olduğuna görə, manata da öz təsirini göstərəcək.

“Qafqazinfo” dekabrda manatın taleyinin necə dəyişəcəyi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin mövqeyini öyrənib. Ekspert bildirib ki, bu gün də keçiriləcək növbəti dollar hərracının nəticələri açıqlanacaq: “Hamımız bunu maraqla gözləyirik. Amma gedişat onu göstərir ki, Azərbaycan manatına təsir göstərə biləcək kifayət qədər faktorlar var. Bunlar həm daxili, həm də xarici faktorlardır.

Xarici faktorlardan ən əsası dolların dünyada bahalaşmasıdır. Belə ki, dolların indeksi artıq dünyada 101 faizə yaxınlaşıb. Bu son illərin rekord göstəricisidir.

Bundan əlavə, Federal Rezerv Sisteminin dekabrın 14-də toplantısı olacaq. Faizlərin 0,25 faiz artırılması demək olar ki, həll olunmuş məsələdir, bunun sadəcə elan olunması qalıb. Toplantıdan sonra dünyada dolların bahalaşmasının sürəti arta bilər”.

İqtisadçı əlavə edib ki, bundan əvvəlki toplantılarda FED-in uçot dərəcəsini artıracağı ilə bağlı xəbərlər öz təsdiqini tapmasa da, bu dəfə vəziyyət tamam fərqlidir: “Buna ilk səbəb Amerikanın makroiqtisadi göstəriciləridir. FED həmişə iki əsas məsələyə diqqət çəkir. Bunlardan biri işsizlik, digəri isə inflyasiya rəqəmləridir. Hər iki rəqəmlərdə ciddi irəliləyiş var.
Amerikada işsizlik son 20 ildə ən aşağı səviyyəyə yəni, 4,9 faizə düşüb. İnflyasiya isə son iki ayda sürətlənib.

Bundan başqa, Donald Trampın prezident seçilməsi də buna müəyyən qədər psixoloji təsir göstərir. Düzdür, Amerika sistemində prezidentlərin Federal Rezerv Sisteminə təsir mexanizmləri yox səviyyəsindədir. Ancaq Tramp öz seçkiqabağı təbliğat kampaniyasında FED-i faiz artımının gecikdirilməsini ciddi tənqid edirdi. Son açıqlanan rəqəm isə odur ki, 97 faiz bazar iştirakçıları faiz artımını gözləyir. FED başqanın son çıxışında da buna ciddi şəkildə işarələr oldu”.

Daxili problemlərin isə ənənəvi və xroniki olduğunu vurğulayan N. Cəfərli əlavə edib ki, bu əsasən ölkədə dollar çatışmazlığı ilə əlaqədardır: “Ölkənin gəlirləri kifayət qədər sürətlə azalıb. Bundan əlavə, hər ilin sonunda dollara təlabat da artır. Bizim idxaldan kifayət qədər asılı olan bazarımız var. Belə ki, bayram ərəfəsində idxal olunmuş malların həcmi artır. Bu ənənəvidir. İdxal artdıqca da valyutaya təlabat artır.

İkinci daxili səbəb isə, Yeni illə əlaqədar vətəndaşların xaricə səfərlərinin sayının artmasıdır. Səfərlər artdıqca bu da valyutaya təlabatı artıran amillərdən birinə çevrilir. Bütün bu xarici və daxili amilləri nəzərə alsaq, manat üçün kifayət qədər təhlükəli bir aya qədəm qoyuruq.

Mərkəzi Bank və hökumət də manatla bağlı kəskin addımlar atmaq istəmir. Çünki iki kəskin devalvasiya ümumiyyətlə həm bank sektorunu, həm də iqtisadiyyatı çox ağır duruma salıb. Ancaq həftəlik və ya günlük məzənnənin tənzimlənməsi yolu ilə manatın ucuzlaşdırılmasını ilin sonuna qədər Mərkəzi Bank həyata keçirəcək.

Dekabrın sonunda ən yaxşı halda 1 dollar 1,80 manat, əgər xarici təsirlər daha güclü olsa və ticarət partnyoru olan ölkələrdə milli valyutaların ucuzlaşması daha da sürətlənsə təqribən 1 dollar 1.90 manat səviyyəsində ucuzlaşa bilər”.
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərhlər (14)
SammyUnism 4 yanvar 2017 22:18
Выводы всего сказанного делайте сами

----------
для
Sitat          2
Offline üzv Offline Emiliodum 11 fevral 2017 05:12
Какая смешная шутка что сказать нечего
-----

оклейка кузова винилом
Sitat          6
Offline üzv Offline AlikKoqhw 6 mart 2017 03:12
<a href=http://rmoscow.ru/index.php?productID=25696>rmoscow</a>
Sitat          10
Offline üzv Offline AlexBurovs 16 mart 2017 02:35
Sitat          13
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin:
Fatal error: Call to a member function close() on a non-object in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/index.php on line 388