Xəbər > Ən son xəbərlər > Azərbaycanda dollar rekord vurdu

Azərbaycanda dollar rekord vurdu


8-12-2016, 19:18. Yerləşdirildi: CavidanMM
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 9-a olan USD/AZN məzənnəni açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi dekabrın 9-da 1,7430 AZN/USD səviyyəsində müəyyən olunub. Bu, dolların daha 0,35% bahalaşması deməkdir.

Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, sonuncu dəfə dolların məzənnəsində rekord dekabrın 7-də qeydə alınmışdı. Bu zaman isə USD/AZN məzənnəsi 1,7369 manat olmuşdu.

U.A.

Geri qayıt