Xəbər > Ən son xəbərlər > Türkiyədə 23 yaşlı tələbənin intihar səbəbi bilindi: atası təcavüz edib

Türkiyədə 23 yaşlı tələbənin intihar səbəbi bilindi: atası təcavüz edib


8-12-2016, 19:56. Yerləşdirildi: CavidanMM
Ötən gün Türkiyənin Marmara Universiteti Biologiya Müəllimliyi fakültəsinin 23 yaşlı tələbəsi Sənəm Melis Balkay qaldığı yataqxanada özünü asaraq intihar edib.

Milli.Az "Habertürk"ə istinadla bildirir ki, ötən gün saat 16 radələrində, tələbə yoldaşlarından biri Melisin otağına daxil olarkən onun asılmış cəsədiylə qarşılaşıb.

Hadisə yerinə gələn polis əməkdaşları istintaq sonrası olayın intihar faktı olduğunu təsdiq ediblər. O, özünü çantasının ipi ilə asaraq öldürüb.

"Habertürk" qəzeti yeni məlumat əldə edib. Məlumata görə, qız 2012-ci ildə atasının təcavüzünə uğrayıb. Atası onu və bacısını dəfələrlə qamçıyla döyərək zorlayıb. Anası isə qızının zorlanmasına susub. Valideynlər həbs olunublar.

Üstündən 4 il keçməsinə baxmayaraq qız aldığı psixoloji travmadan qurtula bilməyib. O, yataqxanada kimsənin olmamasını fürsət bilib, özünü asıb.

Geri qayıt