Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Hekayə oxu » Tanrının qutsal ruhu – Çingiz Xan

Tanrının qutsal ruhu – Çingiz Xan

26-11-2016, 19:12
Müəllif: CavidanMM
Baxış sayı: 870
Şərhlər: 14
Çap etmək
loading...
Tanrının qutsal ruhu – Çingiz Xan
(hekayə)
"Bir mismarı kiçik bilmә. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir
sәrkәrdә bir ordunu, bir orduda bir dövlәti xilas edir"
ÇİNGİZ XAN
Min il bundan öncə idi. Doğuda (Şərqdə) bir xanlıq vardı. Bu xanlıq zaman-zaman
Quzeydən gələn yadelli köçəri tayfaların, Güneydən (Cənubdan) Çin imperiyasının, Batıdan
yerli tayfaların tez-tez hücumlarına məruz qalırdı. Uzun müddət dirənişdən sonra Xan çarəni
elin Qam-ına (Şaman-ına) sormaqda gördü və onu saraya gətirtməsi üçün onlarca çapar
göndərdi. Çünki Qam ara müharibələri qızışandan sonra, deyilənə görə, Quzeyə - dağlara
çəkilmişdi... Uzun axtarışlardan sonra Xanın çaparları onu bir mağarda tapdılar və saraya
gətirdilər.
Saraya gələn Qam Xanın qarşısına çıxanda öncə dərin-dərin ona baxdı, sonra bığ altından
gülümsəyərək ədəb əlaməti olaraq azacıq boynunu əydi. Xan da öz böyüklüyünü göstərmək
üçün ayağa qalxdı və Qama oturmaq üçün xüsusi yer göstərdi. Qam ədəblə Xanın xahişini
nəzərə alıb həmin yerdə oturdu. Xanın əmriylə bir müddət kiçik ziyafət verildi, sonra Qamın
xahişiylə onlar nisbətən qaranlıq və bir bəndənin görmədiyi sakit bir otağa gəldilər.
Otaqda yalnız Xan və Qam vardı. Xanın nə soracağını arxasınca çapar gələn andan duyan
Qam gülümsəyərək:
- Xan sağ olsun, elə indicə xüsusi bir ayinlə sizin bütün nigaranlığınızı və sorularınızın
cavablarını öyrənəcəyəm. Sadəcə adamlarınıza əmr edin sizə verəcəyim bir yazıdakı
siyahını bulmanız gərəkməkdədir – dedi və xurcunundan bir kağız parçası çıxarıb
Xana uzatdı.
Xan da kağızı alar-almaz dərhal adamlarına Qamın istəklərini yerinə yetirmələri üçün əmr
etdi.
Çaparlar yenə yola çıxdılar və dünyanın 4 bir yanına səfər etdilər. Nəhayət, bir aydan
sonra çaparlar kağızda yazılanların hamısını tapıb gətirdilər. Bu ərəfədə Qam Xanın onun
üçün xüsusi olaraq ayırtdığı otaqda qaldı və güclü bir ayinlə bütün qutsal ruhları, qutlu Dörd
Ünsür qoruqçularını, Ana Təbiətin övladlarının ruhlarını, yeraltı səltənətlərin sahiblərini, bir
sözlə bütün dini-fəlsəfi inancların təməl varlıqlarını köməyə çağırdı...
Beləliklə, uzun müddət istiarədən sonra Qam həmin otağa çaparların tapıb gətirdiklərini 8
guşəli ulduz formasında düzdü. Onlar xüsusi ləvazimatlar idi. Tapmaq, bir yerə toplamaq isə
çox çətin olsa da Xanın çaparlarına əmr verdiyi zaman dediyi sözlər çox təsirli olmuşdu.
- Bu bir məmləkət məsələsidir və onu yerinə yetirmək hər birinizin borcudur. İşdir kim
əliboş geri dönərsə onu təsəvvür edə bilməyəcəyi şəkildə şiddətli ölüm gözləyir – deyə
Xan çaparlarını ləvazimatların vacibliyinə inandıra bilmişdi.
Ləvazimatlar olduqca qəribə və bulanması müşkül şeylər idi. Məsələn, mavi fil dişi, tək
göz timsah dili, təkbuynuz cöngə qulağı və s. kimi şeylər...
Və Qam ayinə başladı:
Qutlu Ruhdan yarandıq biz,
Onunla var cüssəmiz.
Təkəm, varam, demə, ey Qam
Sən Tanrısan, Tanrı da biz...
Dörd, beş, altı, yeddi, səkkiz,
Qutlu Ruhun rəqəmləri
Sən Doğadan gəlmisən bil,
Doğa yalnız Tanrıdan iz...
Yerdir, göydür, ruhdur Tanrı,
Yusif, Kənan, Nuhdur Tanrı,
Sultan Xızır olsun kömək,
Onunku tək Ruhdur Tanrı...
Biz Dörd Ünsürə bağlıyız,
Onlar varsa, biz də varız.
“HÜ” deyən Dərvişlərik biz,
Odda yanmaz Səməndəriz...
Torpaqdan yetişdim gəldim,
Sulardan içdim də gəldim,
Havadan bircə uddum,
Alov içrə bişib gəldim...
Pirim gül açmış ki mənim,
Göy Tanrıdan var diləyim,
Güney, Quzey, Batı, Doğu
Mənim olsun, “HÜ” söyləyim...
Tanrı varsa, mən də varam,
Yer üzündə aşkaram,
Qılınc kəsməz Qutlu Sözüm
İlə Tanrıya mən yaram...
Mən Şaham, Şah da mənəm,
Pir mənəm, Xanəgah da mənəm,
Tanrı ilə xəlvətdəyəm,
Dün, bu gün, sabah da mənəm...
Bu sözləri deyərkən Qam yerində var-gəl edir, əlindəki kiçik qavalı çalır, tez-tez qurd kimi
ulayırdı:
Au, au, au deyək,
Tanrı üçün “HÜ” söyləyək!
Biz ki Bozqurd övladıyıq,
Onun tək şərəflə ölək...
Au, au, au qardaş,
Mən qurdam, sən mənə yoldaş,
Pirmisən, ya nəsən,
Qarşında çöküb deyək “Alaş”!...
Au, au, au derik,
Qurdlar təki biz yaşarıq.
Fikrimiz Tanrıya varmaq,
Onun üçün Söz qoşarıq...Au, au, au təki,
Budur Tanrının sözləri,
Zamanında gəlmişdi O,
Bizə baxar Qurd gözləri...
Kürşad olduq, qırx bir çəri,
Məhv eylədik min naçarı,
Qılıncımız hər an kəsər
Boğazından xain əri...
Biz Doğudan, biz Batıdan,
Güney, Quzey – hər bir yerdən,
Toplaşarıq vahid arxa,
Turan üçün keçib tirdən...
Au, au, au, qardaş,
Mən qurdam, sən mənə yoldaş,
Tanrı bilir, Haqq mənəm,
Haqq məndədir, qərib qardaş...
Au, au, au deyək,
Tanrı üçün “HÜ” söyləyək!
Zaman varsa biz də varıq,
Qamlar ölməz heç vaxt, bilək...
Beləcə uzun müddət ayin davam etdi. Və nəhayət 3 saat sonra yerdə düzülmüş
səkkizguşəli şeylər öz-özündən yanmağa başladı. Onsuz da bayaqdan Qamın
hərəkətlərindən, qeyri-adi sözlərindən və rəqsindən qorxan Xan, indi daha da bərk qorxmağa
başlayıb, bir anlıq otaqdan çıxmağa çalışsa da Qam ona izn vermədi və ucadan var gücüylə:
- Otur - deyə qışqırdı.
Xansa bərk qorxduğu və Qamın bu dəqiqə ruhunun tamam başqa aləmdə olduğunu
düşünərək sadəcə onun əmrinə uymağı məsləhət bildi.
Xan haqlıydı. Qam ruhən burada deyildi. Onun cismində artıq sayı bilinməz qutlu ruhlar
dolaşırdı. Gözləri çevrilmiş, ağzı əyilmiş, saqqalı qaşına qarışmışdı. Xanın yerində kim olsa
idi qorxudan ürəyi partlardı, ancaq cəsarətli Xan hər şeyə dözüb axırı gözlədi. Təxminən bir
saat sonra Qam özünə gəldi və danışmağa başladı:
- Təxminən yüz il sonra, bəli düz yüz il sonra bu məmləkət tarixə düşəcək. Özü də
olduqca qeyri-adi və mistik bir hadisənin sayəsində. Elə bir hadisə ki, sadə insan beyni
onu təsir etməyə yetməz. Onu ancaq biz – Qamlar anlarıq və qəbul edərik.
Hövsələsiz Xan:
- Axı de görüm nə olacaq? Bizim, xalqın halı necə olacaq, Qam, qurban sənə... – dedi.
Səbirli Qamsa öz növbəsində:
- Tanrı yer üzünə enəcək. Həm də illər öncəki kimi qurd cismində deyil, bu dəfə insan
kimi – deyə izah etməyə çalışdı.
Ağlı tamam çaşmış Xan, bu cümlələrin nə demək olduğunu qətiyyən anlamadı və:
- Axı, nə demək istəyirsən, dəyərli və çox hörmətli Qam? – deyə soruşdu.
Qam nurani şəkildə gülümsədi və:
- Sənin soyundan bir cəsur igid peyda olacaq. O illərdir pərən-pərən düşmüş bütün yerli
tayfaları, ailələri birləşdirəcək. Günaha batmış bütün bəndələrsə onun qəzabına düçar
olacaq. O kimsəyə acımayacaq. Tanrı yolundan uzaq düşmüş hər kəsi öldürəcək, özü
də ağır biçimdə - deyə cavab verdi.
Qamın sözlərindən heyrətlənən Xan:
- Yəni bizi, mənim soyumdan olan bir ər duya imperatorluğuna çatdıracaq? Amma
günahlar olan hər kəsi Tanrı kimi cəzalandıracaq? – udqunaraq soruşdu.
Qam hiddətləndi:
- Tanrı kimi deyil. O Tanrının özü olacaq. Yeniyetmə çağında Tanrının qutsal ruhu
onun cisminə enəcək və bir zamanlar olduğu kimi yenə də Tanrı yer üzündəki ədaləti
bərpa etmək üçün özü işə əl atacaq. Günahkar bütün bəndlər onun qəzabına düçar
olacaq. Güneydəki Şeytan məmləkəti (Çini nəzərdə tutur) onun ahından tarimar
olacaq. Paytaxtları dağılacaq. Əhali acından qırılacaq. Nəhayət Batıya doğru böyük bir
Turan imperiyası uzanacaq. Bütün millətlər onun üçün sadəcə bir insan olacaq. O
kimsəyə fərq etmədən ədalətlə yer üzündə Ulu Tanrının krallığını var edəcək. Və
nəhayət onun sərhədlərində dünyanın dörd cəhəti birləşəcək... – kimi başqa sözlərlə
məmləkətin, səltənətin və bütün dünyanın gələcək taleyini beləcə açıqladı Qam...
O hadisədən uzun illər keçdi. Və təxminən yüz il sonra fevral ayında, Onon çayının
sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəldi, Qamın haqqında danışdığı igid...
Təxminən on-on beş il də keçdi. Ara müharibələri hələ də davam edirdi. Xarici yadellilər
birləşərək yerli tayfaları aldadıb bir-birinə qarşı qoymuşdular. O zamanların “At-arvad-silah”
kimi namus məsələsi də yerli tayfalar arasında əsas müharibə bəhanəsi idi. Qalib gələn hər
sərkərdə digərinin hərəmini məcburi şəkildə aparır və ondan tayfanın yeni nümayəndəsini
doğması üçün istifadə edirdi. Düzdür burada kişilərin qadın hərisliyi də əsas rol oynayırdı...
Günlərin bir günü obasından didərgin düşmüş bir yeniyetmə yorğun, bitkin halda bir
təpəyə sarı gəldi. Bir ağac altında yuxuya gedərək rahatlamaq istədi. Elə bir neçə dəqiqə
keçmişdi ki, yuxudan bir qurd ulaması səsiylə oynanan oğlan gecənin qaranlığında ay
işığında bərq vuran nəhəng bir qurdun şahidi oldu. Uzun müddət heyrətlə ona baxdı və
nəhayət qeyri-ixtiyari şəkildə qarşısında diz çökdü. Qurd isə öz növbəsində bir müddət uladı
və ona doğru baxaraq gülümsədi. Sonra üzərinə atıldı. Və tərəflər arasında dərin bir çarpışma
başladı. Nəhayət oğlan qurdu var gücüylə göyə qaldırıb yerə çarpdı. Qurd isə hələ də nurani
tərzdə gülümsəyirdi. Və anidən dil gəlib dedi:
- Ey, Tanrının qutlu bəndəsi, sən xalqını, dövlətini, soyunu qurtaran, yer üzündəki bütün
haqsızlığı bitirən bir Ər olacaqsan. Tanrı səni qutsadı. Artıq sənin cismin, ruhun, bütün
varlığın ona aiddir...
Oğlansa öz növbəsində heyrətlə qurda baxır, nə olduğunu anlamağa çalışırdı ki, elə bu an
qurd qeyb oldu. əvəzində oğlanın dizləri ağırlaşdı. Beli büküldü, qeyri-ixtiyari şəkildə qurd
kimi ulamağa başladı. Tədricən yanları, budları, ayaqları, əlləri, çiyinləri böyüdü və iri
cüssəli bir igid oldu. Gözləri bir anda maviləşdi. Dırnaqları itiləşdi. əlləriylə təpəni dırmaşıb
o yana – öz elinə qayıtdı.
Qısa müddətdə Qamın dediyi kimi tayfanın başına keçən Ər, xüsusi ağlı, gücüylə bir çox
yerli tayfanı birləşdirdi. Bir tək qardaşlığı Camuqa qalmışdı. Ona da tabe olması üçün xəbər
göndərdi. Biət etməyi qəbul etməyən Camuqanı isə ağır bir məğlubiyyət və qədim törələrə
əsasən şiddətli ölüm qarşıladı. Öz arzusuyla və tayfa böyüklərinin rizasıyla beli sındırılan
Camuqadan sonra Ər bütün məmləkəti birləşdirib xarici düşmənlərə doğru yol aldı.
Çox güclü və yeni tipli ordu yaratdı. Bütün Doğunu qısa müddətdə öz nəzarəti altına alıb
Şeytan məmləkəti – Çini də diz çökdürdü. Qamın dediyi kimi düşmənlərinə acımadı. Ona
tabe olmayan hər kəsi dəhşətli tərzdə ölümlə ödülləndirdi. Çinin paytaxtını tutmaq üçünsə
dəhşətli döyüş taktikasından istifadə edib şəhər əhalisini acından qırdı. Tanrı yolundan
uzaqlaşmış bütün günahkar tezliklə onun cəhənnəmində yandılar... Və nəhayət bir neçə il
ərzində Doğudan Batıya, Okeanından Okeana böyük bir imperiyanın sahibi oldu...
Günlərin bir günü zaman yetişdi, Tanrı vaxt, vədənin bitdiyini duyub onun cismini tərk
etməyi qərarlaşdırdı. Və böyük bir cahan imperatoru – Çingiz xan, Cuçi, Çağatay, Ugedey,
Tuluy və digərləri başda olmaqla, bütün övladlarını başına yığıb öz dərin vəsiyyətini etdi:
- Övladlarım, Uca soyumun davamçıları, ulusumuzun qoruqçuları, məni diqqətlə
dinləyin. Tarix bundan əvvəl var idi, bundan sonra da var olacaq və saysız-hesabsız
imperiyalar ard-arda gəlib gedəcək, siz isə bircə şeyi yaxşı yadda saxlayın. Nə olursa
olsun, əsla Haqqa, Tanrıya üz çevirməyin. Yer üzündə ədalətlə hökmdarlıq edin.
Soyunuza, ulusunuza sahib çıxın. Çalışın özünüzdən olanlarla ədavətə girməyin.
Xarici düşmənlərinizin hiyləsinə aldanmayın. Qadın da olsa sizi bir xoş təbəssümüylə
qərarınızdan döndərə, dolayısıyla bütün xalqı təhlükədə qoya bilər. Gərək olmadığı
müddətcə belinizə, əlinizə və dilinizə sahib çıxın... Məzlumlara arxa olun, zalımlara
od püskürün. Düşmənlərə əsla acımayın. Çünki bu gün öldürmədiyiniz hər kəs sabah
bir ordu olub üzərinizə gələ bilər və o zaman sizin üçün çox gec olar. Unutmayın, heç
vaxt bir mismarı kiçik bilmәyin. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir
sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir orduda bir dövlәti xilas edə bilər... – və s. kimi
sözlərlə Çingiz Xan öz xələflərinə hər şeyi miras qoyub dünyanı tərk etdi...
Zaman keçdi. Çingiz Xandan sonra onlarla, yüzlərlə, minlərlə hökmdar dünyaya gəldi.
Ancaq heç birisi onun qədər ağıllı, onun qədər səbirli, onun qədər ədalətli ola bilmədi. Çünki
o Tanrının qutsal ruhunu daşıyırdı...
Elşən İsmayıl
20-23 noyabr 2016
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərhlər (14)
MuscleBulge 5 fevral 2017 12:32
The first step of each training cycle is to build muscle mass. This will also be the first of the direct effects of Probolan 50 that you observe while using it. In a very short time you'll have to get used to having to buy clothes in a larger size, because the old will no longer fit for you. In addition to the weight gain, Probolan 50 also increases strength, power and performance you <a href=http://prob55.xyz/>muscle inhancers</a> squeeze from your muscles
Sitat          11
Provigil 6 fevral 2017 08:12
Both drugs promote wakefulness by stimulating the brain, both drugs are considered stimulants
Provigil (Modafinil) is an oral drug that is used <a href=http://modafinilusa.iwopop.com>Provigil Modafinil cheap</a> effect of modafinil is similar to caffeine Provigil (Modafinil) is an oral drug that is used <a href=http://modafinilusa.iwopop.com/>Order modafinil online usa</a> effect of modafinil is similar to caffeine Provigil (Modafinil) is an oral drug that is used <a href=http://modafinil.iwopop.com/>modafinil purchase usa</a> effect of modafinil is similar to caffeine Provigil (Modafinil) is an oral drug that is used <a href=http://modafinilusa.iwopop.com/>Order modafinil online usa</a> effect of modafinil is similar to caffeine
Sitat          12
Offline üzv Offline Emiliodum 11 fevral 2017 00:04
В чате тоска, давайте общаться в комментах!
-----

кузовные работы и покраска автомобиля цены
Sitat          14
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin:
Fatal error: Call to a member function close() on a non-object in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/index.php on line 388