Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!
Sevgi » Novruz Bayramı Şeirləri » Novruz bayramina aid insa

Novruz bayramina aid insa

17-01-2016, 19:56
Müəllif: CavidanMM
Baxış sayı: 20617
Şərhlər: 5
Çap etmək
Novruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir
Milli yaddaşımızın bayramı

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.

Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.



Bayram hazırlığı və

ÇƏRŞƏNBƏLƏR...



Bu bayrama insanlar hələ mart ayı ilk qədəmlərini qoyandan hazırlaşmağa başlayırlar. Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, folklorşünas Azad Nəbiyev bildirir ki, bu bayrama hazırlıq həyətlərdən başlayır. Onun sözlərinə görə, insanlar bir ay öncədən həyətlərini təmizləyir, ağacları rəngləyir.

Xalqımız bayramqabağı mənzillərini təmizləyər və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz çıxsınlar. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar. Bayram günü yaxınlaşdıqca insanlar biş-düşlərini edər, şirniyyatlarını bişirər, çərəzlərini hazırlayarlar.

Novruz gününə aparan yol 4 "etapdan" - çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Sonuncu həm də İlaxır çərşənbə adlanır. Bu günümüzə qədər yaşayan inanca görə, su çərşənbəsində su və su mənbələri təmizlənir və təzələnir. İkinci çərşənbənin odla əlaqələndirilməsi də əbəs yerə deyil. O, günəşin hərarətinin artması ilə izah olunur. Üçüncü çərşənbədə torpaq oyanır. İlaxır çərşənbədə isə küləyin köməyi ilə ağaclar tumurcuqlayır. Nəticədə bütün bunların vəhdəti ilə bütövlükdə təbiət canlanır, yenilənir.

Çərşənbələrdə, xüsusən də İlaxır çərşənbəsində və eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar və yaşından asılı olmayaraq hər kəs onun üzərindən tullanar. İnsanlar od üzərindən atlanaraq bu sözləri deyərlər: "Ağırlığım, uğurluğum burda qalsın!!!", "Dərdim, bəlam odda yansın". İnanca görə, odun üzərindən tullandıqdan və nəzərdə tutulan sözlər deyildikdən sonra onlar köhnə ilin dərdindən, bəlalarından, xəstəliklərindən qurtulacaq, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedəcəklər.

Azad Nəbiyev bildirir ki, hər bir çərşənbənin özünün ritualları var. Onun sözlərinə görə, su çərşənbəsində insanlar bir-birinin üzərinə su atarlar: "Biruni yazır ki, bu ənənənin kökünü öyrənmək üçün bayram keçirən ulu əcdadlarımız Məhəmməd (ə) peyğəmbərə halva aparırlar. Bu zaman peyğəmbər soruşur ki, gətirdiyiniz nədir. Cavab verirlər ki, Novruz halvasıdır. Bildirirlər ki, Novruz böyük el bayramıdır. Bundan sonra peyğəmbər xatırlayır və deyir ki, o vaxtı Allahı inkar edənlər öz topaqlarını qoyub qaçdıqlarına görə ulu tanrımız onları birgünlük ölümə məhkum etdi. Amma bir neçə saat keçəndən sonra yağış yağdı, onların üzərinə su çiləndi. Beləliklə də onlar yenidən dirildilər. Su çərşənbəsində adamların bir-birinin üzərinə təmiz su çiləməsi əbədiyyət, sağlıq, dirilik rəmzidir".

İlaxır çərşənbədə və bayram günü insanlar qəbir üstünə gedər, valideynlərinin və yaxınlarının məzarı üzərində şam yandırar, yasin oxutdurarlar. Bu da dünyadan köçən əzizlərə hörmət, keçmişini unutmamaq mahiyyəti daşıyır.

Yumurta döyüşdürmək də Novruzun gözəl oyunlarından biridir. İnsanlar rənglənmiş bayram yumurtalarını döyüşdürər və bu zaman qırılmayan yumurtanın sahibi qalib gələr. Yeri gəlmişkən qeyd olunmalıdır ki, ümummilli lider Heydər Əliyev hər il bayram günü İçərişəhərə gəzməyə çıxar, insanlarla bayramlaşar və onlarla yumurta döyüşdürərdi. Bu, siyasi hakimiyyətlə xalq arasında böyük bağlılığın nişanəsi idi. Ümummilli liderin siyasi kursunu davam etdirən, milli-mənəvi dəyərləri yaşadan ölkə başçısı İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Prezidentin bu addımı da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.



Novruz süfrəsi,

xörəkləri və şirniyyatları



Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.

Bayram süfrəsini rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: "Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız".

Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir. Cənub bölgəsində xörək siyahısına plov (aş), balıq ləvəngisi (bu xörək mütləq şit balıqdan hazırlanmalı və eyni zamanda süfrəyə balığın başının da qoyulması vacibdir), qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, rulet (qatlama), partdama, qədnçörək (qəndkuka) aiddir.

Tahir Əmiraslanov bildirir ki, Novruzun əsas atributu paxlavadır. Onun sözlərinə görə, paxlava ulduzu, qadınlığı göstərir və doğum simvoludur: "Yeri gəlmişkən qeyd edim ki, Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı idi. Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin simvoludur".

Yeri gəlmişkən qeyd olunmalıdır ki, bayram ləzizlərinə səməni halvası da daxildir. T.Əmiraslanovun sözlərinə görə, səməni halvası həm niyyət üçün bişirilir, həm də o, sağlamlığa böyük xeyirdir: "Hər rayonun öz adətinə görə müxtəlif cür - şəkərlə, balla və sairə ilə hazırlanır".

Qovurğada isə buğda, çətənə, küncüt və boranı tumu olur. Eyni zamanda noxud, mərci və düyü də əlavə olunur. Onu da bildirək ki, sonuncu sadalananlar bir neçə gün suda isladıldıqdan sonra qovrulur.

Novruzun daha bir tərəfi onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.



İnanclar, xoş sözlər və fallar



Hər kəs Novruz bayramını öz evində qeyd etməlidir. Əks təqdirdə şəxs 7 il bayram axşamı evində ola bilməyəcək. Novruzun əsas tələblərindən biri də küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, həmrəyliyə dəvət olunması xarakterini daşıyır. Qədim azərbaycanlılar yaxşı biliblər ki, parçalanmış xalqı basmaq, yenmək düşmən üçün asan olur. Amma bir olan, vəhdət təşkil edən kütləni yenmək qeyri-mümkündür.

İlaxır çərşənbədə və bayram günündə qeybətə yol verilməməsi və yalnız xoş sözlər danışmaq tövsiyə olunur. Çünki həmin günü cavan oğlan və qızlar ürəklərində arzu tutaraq qulaq falına, yəni qonşuların etdiyi söhbətə gizlincə qulaq asmağa gedərlər. İnanca görə, pusulan qapıdan ilk eşidilən sözdən arzulanan niyyətin baş tutub-tutmayacağı bəlli olur. Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun da arzusu yeni ildə yerinə yetəcək.

Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Yeniyetmələr əsasən İlaxır çərşənbədə papaq atarlar. Papaq atılan evdə isə onun bayram nemətləri ilə doldurular və sahibinə qaytarılar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar. Çünki Novruz maddi vəziyyətindən asılı olmayaraq hər kəsin şənləndiyi bir bayramdır.

Bayram günü bütün mənzillərin qapıları açıq olar. Səhərisi isə insanlar bir-birinin evinə gedərək bayramlarını təbrik edərlər.



Çilə çıxartmaq



Çilə çıxartmaq mərasimi əsasən Azərbaycanın cənub bölgəsində və Bakı kəndlərində, eləcə də digər rayonlarda qeyd olunur. Bu zaman insanlar İlaxır çərşənbədə öz evlərində bayramı qeyd etdikdən, şam yeməyini yedikdən sonra bir yerə yığılar və səhərə qədər oyaq qalarlar. Həmin gecə oğlanlar müxtəlif oyunlar oynayar, lətifələr danışarlar. Xanımlar da fallara baxar, rəqslər edər, hekayələr danışarlar. Yeri gəlmişkən qeyd edək ki, çilə çıxarılan otağa həmişə balış və saplı iynə qoyarlar. Bu da ondan ötəridir ki, əgər kimsə çilə gecəsi yuxusunu boğa bilməyib yatarsa, onu həmin balışa tikərlər.

Çilənin səhərisi, hava yarıişıqlanan zaman insanlar evlərdən çıxar və axır suyun (adətən çayın) yanına gedərək günəşi qarşılayarlar. Bu zaman çayın suyu ilə əl-üzlərini yuyarlar. Hətta cavanlar havanın və suyun hələ tam istiləşməməsinə baxmayaraq, çayda çimərlər də. İnanca görə, bu su ilə əl-üzünü yumaq təmizlənmək, paklanmaq deməkdir.

Axar suda təmizlənən insanlar geri qayıdanda isə kuzələrdə həmin sudan evlərinə gətirərlər. Bu su ilə xəstələrinin əl-üzlərini yuyar və bununla da onların tezliklə şəfa tapacaqlarına inanarlar. Onu da qeyd edək ki, çaydan gətirilən sudan həyət-bacalarına və evlərinin dörd tərəfinə səpərlər. Bu da bolluğun-bərəkətin olmasını arzulamaq anlamına gəlir.



Novruz bayramının mənşəyi

mətbuat tariximizdə



"Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi milli mətbu orqanlarının yaradıcısı Cəlal Ünsizadənin 1885-ci ildə nəşr olunan "Novoye obozreniye" qəzetinin 515-ci sayında Azərbaycan xalqının milli bayramlarından biri olan Novruz haqqındakı "Novruzun mənası haqqında bir neçə söz" adlı məqaləsi bu mənada diqqəti cəlb edir. Məqalədə göstərilir ki, hər bir xalqın müxtəlif bayramları, mərasimləri vardır. Lakin onların heç biri azərbaycanlıların Bahar (Novruz) bayramı kimi geniş yayılmayıb. Qədim azərbaycanlılar baharın ilk gününü - gecə ilə gündüzün bərabərliyi, ətrafda hər şeyin canlandığı, təbiətin qış yuxusundan oyandığı, qarın əridiyi, çöllərin, düzlərin yaşıllaşdığı vaxtı böyük sevinc hissi ilə qarşılayırdılar... Əcdadlarımız uzun əsrlər boyu özlərinin bahar fəslinə məhəbbətlərini müqəddəsləşdirərək baharı bolluq, məhsul bayramı, torpağın sevindiyi gün sayırdılar. Baharın ilk gününün bayram edilməsi yalnız azərbaycanlılar arasında geniş yayılıb.

Daha sonra müəllif bahar bayramı haqqında söhbətinə davam edərək yazır: "Novruzdan qabaq dörd çərşənbə günü dalbadal qadınlar şəhər kənarına gedir, axşamlar tonqal qalayır və "Ağırlığım-uğurluğum burda qalsın!" - deyə üç dəfə tonqal üstündən tullanırlar. Oğlanlar isə mahnı oxuya-oxuya qonşuların qapılarını gəzir.



Novruz bütün dinlərdən qədimdir



Novruz bayramına tarixi qaynaqlarda ilk dəfə şumerlərlə bağlı qeydlərdə rast gəlinir. Onun tarixi də eradan əvvəl IV minilliyə aiddir. Tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nun dossenti Kərəm Məmmədovun sözlərinə görə, Novruz bayramı keçirmək məqsədi ilə o zamanlar Ziqquratlar adlanan xüsusi məbədlər inşa olunub. İnsanlar Ziqquratların üstünə çıxaraq həm münəccimliklə məşğul olublar, həm də orada Novruz günlərində tonqal qalayıblar: "O ki qaldı bayramın mənşəyinə, bu, təmiz türk mənşəli bayramdır. Baxmayaraq ki, Novruz fars sözüdür. Əslində türk xalqlarında bu, Ulus günü deyə qeyd olunurdu və Ergenekondan çıxışla bağlıdır. Ergenekondan çıxışa gəldikdə isə Novruz atributları orada qeyd olunur. Bu günümüzə qədər gəlib çıxan "Ergenekondan çıxış" dastanında boz qurdun tövsiyəsi ilə Oğuz Xaqan böyük tonqallar qalatdırır, bununla da türkləri əhatə edən dağlar əriyir və onlar azadlığa çıxırlar".

Bəzən Novruz bayramını müəyyən bir sıra dinlərlə bağlayırlar. Bu bayramda tonqalın üzərindən tullanmaq, şam yandırmaq kimi nüanslar olduğundan onu səhvən atəşpərəstliklə əlaqələndirirlər. İrəli sürülən bu fikir doğru deyildir. Novruz bayramının zərdüştlüklə, eləcə də digər dinlərlə heç bir əlaqəsi yoxdur. Bu bayram bütün dinlərdən qədimdir. Fikrimizi əsaslandırmaq üçün bildirək ki, qədim azərbaycanlıların təsəvvüründə torpaq müqəddəs idi və təbiidir ki, onlar Novruzu torpağın soyuqlardan xilas olması, bolluq, məhsuldarlıq, təbiətin səxavəti bayramı hesab edirdilər.

A.H.Feyzullayev özünün "Maarif carçıları" kitabında qeyd edir ki, təkcə adamların Novruz bayramı günü tonqalın üstündən tullanmaları və bu zaman özlərinin bütün dərdlərini, qayğılarını oda atıb getmələri zərdüştlüyün əsas prinsipləri ilə də bir araya sığmır. "Zərdüştlükdə od müqəddəs sayılırdı, atəşpərəstlər müqəddəs varlıq kimi oda sitayiş edirdilər. Şübhəsiz, odu müqəddəs sayan atəşpərəstlər onun üstündən tullanaraq öz dərdlərini orada qoyub getməzdilər; bu, əslində müqəddəs odu təhqir etmək olardı".





Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2011-ci il Novruz Bayramı münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Yazar: Seymur Qasımbəyli
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərhlər (5)
Offline üzv Offline genxovxxixup 13 aprel 2018 11:12
PHILADELPHIA -- The Phillies oakland athletics jersers have stepped up their detroit tigers jersers managerial search.On Wednesday, sources said the Phillies are interviewing three internal candidates this week.atlanta braves jersers Follow him on Twitter and Facebook and listen to his podcast.
Sitat          1
sara craw 8 sentyabr 2018 11:52
Eggs typically paint in red. The red shading is the epitome of mankind's longing to live in bliss. Tahir Amiraslanov, leader of the National Culinary cheap assignment writing service Center, trusts that the egg is additionally an image of the progress. Tahir Amiraslanov says that the primary trait of Novruz is baklava. As per him, the star of the baklava is an image of the birth
Sitat          2
rose 24 sentyabr 2018 17:56
The posts looks like a different one which contains some good and practical stuffs and I would love to see Essay Writing Company coming through more often like this here this is an all important details to read here.
Sitat          3
Jerry James 29 sentyabr 2018 09:48
Novruz was informally celebrated in the Soviet time frame, for the reason that the government precluded the festivals and suited Write My Assignment Online Australia people.In spite of everything that every Azerbaijan family took after the hundred years of age conventions and celebrated Novruz.
Sitat          4
JohnAlderson 3 oktyabr 2018 17:14
Individuals light campfires and bounce over them on Novruz. They trust they are discharged from all despondency. Azerbaijani individuals trust that when they do this they recuperate from their ailments and get free of the inconveniences that happened that year. Do My Essay For Me
Sitat          5
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: