Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/engine/classes/rss.class.php on line 51 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/engine/modules/show.full.php on line 348 Duzxeber.Com > Çap görünüşü > TƏNHA QADIN
Xəbər > Sevgi Hekayələri > TƏNHA QADIN

TƏNHA QADIN


17-01-2015, 00:06. Yerləşdirildi: Günel Yağmur
Dəyişdi yerini fəsillər , arzuların rəngi də, güllərin ətri də, hər şey puç olan ümidlərın carçısıydı indi ...Hər küncdə bir xatirəni saxlamışdlar cəzalandırmaq üçün....-Vida nəğməsi oxudu neçə neçə könüllər. Nə geridə buraxdığı o məna rəngli illər qayıdacaqdı, nə də qəlbin sevgisi. Hıçqırtılarıyla ağlayan bir qadın səsi bütün kainatı öz ağuşuna aldı, elə bil .
''Kaş ki''lər bəzəmişdi cümlələrini .Fəqət ,süni gözəlliyin mənasızlığı gizlənmişdi içərisində. Ömrün pəncərəsindən zillənən baxışlar necə də zülmkar olarmış ,ilahi! Bir işıq, sadəcə bir işıq ....həyat çırağı kimi nura qərq edəcəkdi məhv olmuş, ölümün pəncəsində çapalayan ruhunu. Ehhhh... nə fayda. Zülmətə məhkum edilən gözlər o məhbəsdən xilas olmadan necə görə bilər ki?! Bir qadın harayı min dərdə mübtəla etmişdi bütün cahanı .

Bəxti kimi siyah gözlər,
Belə dərdə ürək dözər?!

''Tənha qadın, sən kimsəsizsiz ,sən çarəsizsən .Kimsən yoxdu bu dünyada ''-deyirdi sanki üzərinə hücüm çəkən ,gücsüzə gücü çatan dəli ruzigar .Nə sağalmaz xəstəlikdir ilahi ,könül xəstəsi olmaq .Yox ,yox ,bütün dərdlərin bir məlhəmi va.r O da Allaha sığınmaq. Qəm çəkmə, ey könül !Aç o göyərçin əllərini və Tanrıya dua et .
Ardındansa utanc donuna bürün və tövbə et. De ki günahkaram, de ki dərd dediyim dərdlərdən utandım. Dağ boyda dərdi olan bəşər övladını gördükdə .
Bİr gün dayanacaqda avtobus gözləyərkən sevdiyimi zənn edib firqəti üçün göz yaşı axıdarkən bir əğyarın mənə ibrət dərsi verməkçün çətinliklə yeriyərək gəlib yanımda dayanan ayağının birini itirmiş təmizqəlbli bəndənin dərdindən böyükmüdür sənin dərdin de .
Aman Tanrım ,yağsa yağılar, yusa bütün günahlarımı .Yusa nisgilimi ,içimdəki qubarımı.

Qəlb evime hücüm edir niye dürr kimi yağışlar?
Məni məzəmmət eyləyir sanki hardansa baxışlar.

Ucalmaq istəyirəm, ən uca pillələrinə həyat nərdivanının. Xeyri, şərdən işığı qaranlıqdan ,sevinci qəmdən irəliyə aparmaq üçün .

Boranlı qış ,döymə qapımı!
Sən də ,ey dəli külək ,anma adımı!

Gəlməyin! Gəlməyin !Mənə gəlsəniz qandal vuracaq qollarınıza gülüşüm bundan sonra. Sevincimsə hakimi olacaq həyat məhkəməməmin. Bütün qəmlərə cinayətkar adı verəcək hökmüylə .

Yanacaq ömrümün şamları, şamü -səhər nur saçacaq qaranlığıma .Kədərimi ,qüssəmi ona ərmağan edəcəm .Əritsin ,tükətsin nəfəs alışlarını .

''Bax o an yenidən doğulucam de. Üzümdəki gülüşüm günəşi gətirdikcə, daxilimdəki tənha qadını da öz əllərimlə boğacam ''de.'' Mən xoşbəxtəm '',əslində. Fərqinə varmamışdım'' de !

MÜƏLLİF-GÜNEL YAĞMUR

Geri qayıt