Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/engine/modules/show.full.php on line 348 Duzxeber.Com > Çap görünüşü > KƏDƏR ƏN YAXŞI MÜƏLLİMDİR
Xəbər > Sevgi Hekayələri > KƏDƏR ƏN YAXŞI MÜƏLLİMDİR

KƏDƏR ƏN YAXŞI MÜƏLLİMDİR


22-06-2015, 16:27. Yerləşdirildi: Günel Əliyeva
Ey insan! Kədərə nifrət etmə !Ona haqsızlıq etmiş olarsan. Sevinci arzuladığın ,əzizlədiyin kimi onu sənə gətirən kədəri də sevməlisən. Və hətta daha çox sevməlisən. Axı səni səadətə aparan yol kədər körpüsündən keçir çox zaman .Unutqan və vəfasız olma1 Yaddaşına ,xatirələrinə sığın və xatırla!

Qəmi, kədəri niyə sevməliyəm ki?
Yəqin, bu sualın cavabı səni düşündürür .Amma yaddaşının bir yerinə yaz bu fikri. Kədər ən yaxşı müəllimdir. Çünki o daha ədalətli qiymətləndirir səni .Şagirdinin kövrəkliyinə, gülüşünə aldanıb yalançı qiymətlə mükafatlandırmır onu.Onun ərmağanı daha qiymətli və unudulmaz olur. Kədər sənə güclü olmağı, cəsarəti ,acılara dayanmağı öyrədir.

Ey insan,unutma! Sevgi də bax elə budur. Bəli, kədər səni sevdiyi üçün həyatına qonaq gəlir. Qara fikirləri çıxar başından! Aydınlığa qərq et həyatını!

Bircə an düşüncələrinlə baş- başa qal !Gözləri görməyən insanların ən böyük səadəti işığa, nura qovuşmaqdır. Bəs sən heç onların arzularını düşündünmü ?Yox ,düşünməmisən. Düşünsən günəşi görən gözlərin görməzlikdən gəlməzdi.

Amma hələ zamanın var. Eləysə tələs həyatı sevməyə, kədərə də sevincmiş kimi yanaşmağa .Gülümsəmək sənə daha çox yaraşır ,ey insan !Çıxar üzündən nifrət, hirs ,qəzəb maskasını! Bax ,onda sən dünyanın ən gözəl insanı olacaqsan.


GÜNEL ƏLİYEVA

Geri qayıt