Xəbər > Sevgi Hekayələri > SƏNDƏN GEDƏCƏM'' Özünü məndən apar'' romanından bir hissə

SƏNDƏN GEDƏCƏM'' Özünü məndən apar'' romanından bir hissə


10-10-2015, 19:03. Yerləşdirildi: Günel Yağmur
Yerini soyuq küləklərlə dəyişəndə qəlbimin isti havası, Baharın qış fəslinə ''əlvida'' söylədiyi məqamda... Son ümidlərin də boynunu büküb ,çarəsizcə dayandığı zamanda... Sükütun səsindən qulaqlarının batdığı, göz yaşlarının sellərlə rəqabətdən qalib çıxdığı bir anda...
Gedəcəm səndən-sənin olduğun ,səni xatırladan ,səninlə birgə keçdiyim küçələrdən, sən ola- ola sənsiz yaşadığım,yox, yox sənsiz yaşamadığım bu şəhərdən...
Ən çox gülüşünü sevdim. Elə məsum görünürdün ki ,yanaqlarına təbəssüm qondurarkən. Niyə gülüşünü daha çox sevdiyimi düşünəcəksən, yəqin.
Bilirsən, sevdiyim, insan varlığıyla nəfəs aldığı birinin sevincini görmək üçün bütün qəmlərin bağrını yarıb, ürəyinə dağ basıb məhbəs həyatı yaşamağa da göz yumacaq qədər kor olar.
Aramızda uçurumlar var, sevdiyim! Uçurumlar.Mən sənin kədərinə ,dərdinə koram, sənsə mənim sevincimə, səadətimə.
Ehh ...Canını tapşıran insanın yaşamağa ümid edə biləcəyi qədər ümidliyəm. Solub ruhumun gözəl bənizi. Çirkin siması ilə xoşbəxtliyi də özündən uzaqlaşdırır ruhum ,daxilimdəki eybəcər qadına hər kəs üz çevirib sanki. Zahirimdəki gözəl qadını sevmək o qədər asandır ki. Bəs mənimi, bəs içimdəki zavallı, çarəsiz qızcığazı kim sevəcək?
Ruhən çirkin olan qadının qəlbindən gələn əzablarının zahirinə də yansıyacağını düşünmədinizmi heç?
''Sevdiyim'' deyirəm sənə. Səndən özgəsinə deyə bilmədiyim sözümdür bu mənim .Bu söz səninlə gözəldir. Elə yaşamaq kimi ,elə həyat kimi ,səninlə birlikdə.
Mənim üçün başqa olan sən ''dəyərlim'' dedikcə özümü dəyərsizləşdirdiyim sən. Bəs sən sən də mi zahirimdəki gözəl qadını sevə bildin sadəcə?
Bəs daxilimdəki kifir ,qızcığaz?
Axı onun gözəlliyini sən aparmışdın...
Demək, sən də eynisən, sən də hamısan ,sən də adisən.
Eləysə, əllərimə qandal vurub saxlamağın əbəsdir. Sənin açmadığın qandalları ürəyimin gücüylə açıb gedəcək qədər güclüyəm mən. Niyə dayanmısan?Bir sillə vur kobud əllərinlə sənə güc glən qəlbimə. Səndən güclü olan ürəyimə .Hə ,bax bu mümkün deyil. Mənim üçün isə yaraladığım qəlbimlə sənin ürəyinə sillə vurmaq o qədər asan və mümkündür ki. Bilirsən niyə ?Yaralı ürək gücü ağrılarından alır .Mən sənin zəif gördüyün güclü qadınam. Baxışlarını dəyiş və mənə başqa üfüqdən bax.
Burax məni, burax əllərim. Oxşaya bilmədiyin əlləri tutmaq deyil ki sevgi. Bax buna görə də qərarlıyam .Ya sən qapını aç. ya da ki. özüm səndən gedəcəm. Ürəyimin ,yox ,yox ürəyimdəki yaralarımın, ağrılarımın gücüylə...

MÜƏLLİF GÜNEL ƏLİYEVASƏNDƏN GEDƏCƏM'' Özünü məndən apar'' romanından bir hissə

Geri qayıt