Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!
Sevgi » Sevgi Mesajları » Görəsən

Görəsən

6-03-2014, 22:18
Müəllif: CavidanMM
Baxış sayı: 1734
Şərhlər: 0
Çap etmək
Qəlbində olanı deməzdi dildə,
Onun bu adəti yadıma düşüb.
Nəysə maraqlıdı, bu neçə ildə
Görən həyatında nələr dəyişib?

Bu qəmli gözləri qurutmamışam,
Hər gecə gözümün yaşın tökürəm.
Görəsən bilirmi unutmamışam?
Görəsən bilirmi nələr çəkirəm?

Anladım sevgidən doymadıgımı,
Hər gecə gəlmirsə eşqin pərisi.
Üzündən öpməyə qıymadıgımı
Görəsən öpürmü özgə birisi?

Qoy gəlib qəlbimdən halallıq alsın,
Ona da pay elə dərddən, kədərdən.
Qayıdıb gəlməyi bir yana qalsın,
Görəsən yadına düşürəm hərdən?

Görəsən itirdim aglımı yəni?
Bəs nədir qəlbimi belə çaşdıran..
Görəsən odurmu hər gecə məni
Bu qədər ölümə yaxınlaşdıran?

Axır ki anladım son həqiqəti,
O gözəl ömrümün oyunçusudu.
Görəsən ömrümün ilk məhəbbəti
Kimin həyatının sonuncusudu?

Həmin o yuxudan oyanardım gec,
O sənli günlərim olsaydı yuxu.
Demişdin - mən səni unutmaram heç...
Görəsən nə oldu? Unutdun axı...
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: