Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Sevgi Şeirləri » Ən qısa hiss sevinc imiş – 35 saat

Ən qısa hiss sevinc imiş – 35 saat

16-01-2015, 17:50
Müəllif: CavidanMM
Baxış sayı: 861
Şərhlər: 0
Çap etmək
loading...
Araşdırma aparırlar alimlər
İndi də hisslərimizə keçiblər
Ən uzun sürən hiss kədər imiş…
Yaşadıqlarımızı araşdırıb bilmədiklərimiz
Kimi təqdim edirlər özümüzə,
Budur həyat:
Ən qısa hiss sevinc imiş – 35 saat.

35 saat imiş ömrü sevincin,
Halbuki bir ömür xoşbəxt görmək idi
Arzum səni, eh alimlər, alimlər
Yenə korladınız hər şeyi….
Əvvəl sabahı düşünərdim
Nə olacaq, nə olmayacaq deyə
Bəlkə nə olacaq mən olmayacam deyə…
İndi 35 saat sonranı düşünürəm,
Sən olacaqsan, xoşbəxtlik olmayacaq deyə
Bəlkə xoşbəxtlik olacaq, sən olmayacaqsan deyə…
O da heç nəyə yaramayacaq sən yoxsan deyə
Vaxt azaldıqca oluram narahat
Ən qısa hiss sevinc imiş – 35 saat.

Onsuzda az idi vaxtımız,
Xoşbəxt olmağa çatmırdı heç…
Daha görüşməyə də 35 saat vaxtımız var
Sonra sən xoşbəxt olmayacaqsan
Mənimdə sənə verəsi xoşbəxtliyim yoxdur…
Bəlkə də azdır vermək istəmirəm,
Bəlkə də çoxdur…
Amma vaxt yoxdur alış-verişə
Zaman atlı, biz piyada
Ən nifrət etdiyim heyvandır
Zamanın mindiyi at
Ən qısa hiss sevinc imiş – 35 saat.

Tanrım çox qədddarlaşıb axır vaxtlar
Verdiyi vaxta bax bir:
Bir ömrün 35 saatını xoşbəxt olursan
Sevinirsən, sevindirirsən,
Sevirsən, sevilirsən.
Qazanırsan,
Səhər yatağından durub
Axşam sevgi adlı yatağa uzanırsan…
…və 35 saat tamam olur:
İtirirsən,
Sevdiyini, sevindirdiyini
ən əsas da yatağını…
Nə səhər durduğun yatağı tapa bilirsən
Nə də axşam yatağa saldığın sevgini…
Qısa ömrün qısa xoşbəxtliyindən sonra başlayır
Bədbəxtliyin ümmanında uzun batabat…
Ən qısa hiss sevinc imiş – 35 saat.

Amma sən çox fikir vermə alimlərə
Onlar öz vaxtları ilə ölçüblər –
Bakı vaxtı ilə…
Sən mənimlə olanda öz dünyamız,
Öz dünyamızın öz zamanı,
Öz zamanımızın öz saatı olur axı
Əgər ayrılsaq sən də “Bakı vaxtı ilə” xoşbəxt olacaqsan
Bir ömür yanımda ol, öz dünyamızın saatı
Xoşbəxt edəcək səni…
Qoy xoşbəxtliyinə həsəd aparsın 35 saatlıq xoşbəxtliyi ilə
Bütün kainat…
Ən qısa hiss sevinc imiş – 35 saat.

Müəllif: Cavidan Mirzəzadə
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin:
Fatal error: Call to a member function close() on a non-object in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/index.php on line 388