Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!
Sevgi » Sevgi Şeirləri » Qadın gülüşü (İslam Qədirli)

Qadın gülüşü (İslam Qədirli)

8-11-2015, 15:31
Müəllif: tut_elimden
Baxış sayı: 995
Şərhlər: 0
Çap etmək
Hər şeir bir parça qadın qoxuyur.
Qadın hansımıza ilham verməyib?
Qarşılıq olmadan de hansı şair,
Gizlidən-gizliyə bir qız sevməyib?

Qadın-bir cahanın daşıyıcısı!
Vətənin özü də anadır, ana.
Bir gənc ssenarinin tək yazıçısı
Hər vərəq, hər sətir borcludur ona!

Bütün xəyalların baş rolu qadın
O, həp bir zirvədə dayanacaqdır.
Bir gənc izləyəcək onu hər addım,
Sevgisin gizlincə yaşadacaqdır!

Hər küskün baxışda min arzu ölür
O üz mələklərin üzü deyilmi?
Bir qadın güldüsə bir həyat gülür
Qadın yaşamağın özü deyilmi?

Yenə bu payızın simfonyasında
Hər nota bir gülüş sədası doğur.
Gizlənib bir bənddə, bir misrasında,
Hər şeir bir parça qadın qoxuyur!
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: