Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Sevgi Şeirləri » Sənsiz soyumuş otaqda

Sənsiz soyumuş otaqda

18-11-2015, 15:09
Müəllif: Vahid Çəmənli
Baxış sayı: 1237
Şərhlər: 0
Çap etmək
loading...
Bəs yanıma hansı üzlə gəlmisən?
Hansı hisdir səni çəkib gətirib?
İndi mənə yaddan da yad kimisən,
Yollar ayrı, otaq soyuq, sən qərib…

Təbəssümün bir gör nəyə bənzəyir?
Saxta gülüş dodağına yapışıb.
Deyirsən ki, ürək səndən dönməyir,
Gözlərimdə sənsiz aləm qarışıb...

Nə xoş xəbər!-
Diz çökümmü qarşında?
Söyləyimmi, sənsiz mənim nə günüm?
Yanılırsan, xam xəyaldı başında,
Öz-özünü aldatma gəl, a gülüm.

Soyuq dedin ürəyimin oduna,
Alışdığın hansı oddu, yanırsan?
Bəs sən necə yaraşdırıb adına,
İndi məndən hərarət də umursan?

Ayağına döşənimmi?
Bir zaman.
Çox döşəndim!..
İndi bunu danmıram.
Öz eşqimə alçalırdım gəl inan.
Sənli-sənsiz onu ucuz sanmıram.

Gecələri gilə-gilə yanırdım.
İndi soyuq bir dənizəm, -durğun, lal.
Həyatımı sənsiz boşluq sanırdım,
İndi özün o boşluqda qanad çal...

Şıltaqlıgın yığdı məni boğaza,
Mən qorxurdum səni hər bir söz tuta.
Düşünməzdim, küsüb gedən yol aza,
Bir də dönüb küsdüyünə üz tuta...

Bəs yanıma hansı üzlə gəlmisən?
Hansı hisdir səni çəkib gətirib?
İndi mənə yaddan da yad kimisən,
Yollar ayrı, otaq soyuq, sən qərib…

Vahid Çəmənli.
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin:
Fatal error: Call to a member function close() on a non-object in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/index.php on line 388