Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!

Saytımıza mənəvi dəstək
olduğu üçün MURAD MM-ə
təşəkkürümüzü bildiririk!!!
Sevgi » Sevgi Şeirləri » Mən səssiz gəlmişdim, səssiz gedirəm...

Mən səssiz gəlmişdim, səssiz gedirəm...

26-11-2015, 09:15
Müəllif: Vahid Çəmənli
Baxış sayı: 1681
Şərhlər: 2
Çap etmək
Mənim yadımdadı o sehr, o cadu,
Onda ki qarşımda sən cilvələndin.
Kövrək gəncliyimin şıltaq yavrusu,
Qəlbimi sıxmağa göydənmi endin?

Sənsiz yaşamaram deyirdin, amma-
Nədən danışırdıq ilahi, nədən?
Atalar düz deyir, "eşit-inanma",
Utanıb, ölürəm o xatirədən.

Baxırdım üzünə, dodaqlarına,
İcimi yeyirdi odlu bir istək.
Qürurum düşürdü ayaqlarına,
Sel kimi tökülən göz yaşları tək.

Şimşək tək yanırdın, sönürdün sanki,
Bir əsər qalmırdı alovdan, oddan.
Sonra da o yana dönürdün sanki,
Adım da, özüm də çıxırdı yaddan.

Düşünmə qəlbimə toxundu sözün,
İndi çox danlama özünü belə.
Elə bil yanında olmadım özüm.
Hətta unutmusan üzümü belə.

...Mən səssiz gəlmişdim, səssiz gedirəm,
Sənə dərd etmərəm vida anını.
Çox tez unudarsan, yaxşı bilirəm,
Beş-altı gününün qəhrəmanını...

Vahid Çəmənli
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərhlər (2)
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: