Xəbər > Sevgi Şeirləri, Şehriyar Allahyaroğlu şeirleri > Saçına sığal çəkmək əlimin arzusudur

Saçına sığal çəkmək əlimin arzusudur


8-12-2015, 10:13. Yerləşdirildi: Sehriyar Allahyaroglu
Əlim əllərinçün,
Gözüm gözlərinçün
Özümsə özün üçün darıxıram.
Səsin üçün darıxıram,
Sözün üçün darıxıram.
Darıxdıqda ürəyimin döyüntüsü artır
Qəlbim titrəyir,çırpınır,əsir.
Ürəyim də darıxır,
Ürəyim də tələsir.
İpək saçına sığal çəkmək
əlimin arzusudur,
Sənə sevgi şeirləri oxumaq
dilimin arzusudur.
Bütöv canım
gözəlim səndən ötrü darıxır.
Gözümdə yağış yağır,
Qəlbimdə şimşək çaxır.
Darıxıram!
Həyat da darıxdırıcıdır.
Sənsiz keçən dəqiqə də,
saat da darıxdırıcıdır.
Sən eşqimin sahibi
Sənsiz eşqim yetimdir.
Gəlişin vüsalımdır,
Gedişin həsrətimdir.
Gəlişini gözləyirəm gecə-gündüz
Gözüm yollara baxır.
Yoluda bezdirmişəm,
Ta yollarda darıxır.

Şəhriyar Allahyaroğlu
07.12.2015

Geri qayıt