Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/engine/classes/rss.class.php on line 51 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/vh1u4492/domains/sevgidolu.biz/public_html/engine/modules/show.full.php on line 348 Duzxeber.Com > Çap görünüşü > Sabah səni görəcəm
Xəbər > Sevgi Şeirləri, Şehriyar Allahyaroğlu şeirleri > Sabah səni görəcəm

Sabah səni görəcəm


13-12-2015, 09:32. Yerləşdirildi: Sehriyar Allahyaroglu
İndidən ürəyimi,
Alıbdı yırtıcı qəm.
Buna bircə səbəb var,
Sabah səni görəcəm.

Elə bilirdim səni,
Qəlbimdən çıxartmışam.
Sən demə uzun illər,
Özümü allatmışam.

Səni yenə sevirəm,
O vaxt sevdiyim kimi.
Ey gözümün həsrəti,
Ürəyimin hakimi.

Səni görəcəm deyə,
Qəlbim yarpaqtək əsir.
Gözlərim gözlərinin,
Görüşünə tələsir.

Yarı görəcəm deyə,
Atəşim var,közüm var.
Kaş ki,deyə biləydim,
Deyiləsi sözüm var.

Gözümə baxan zaman,
Gözlərin utanacaq.
Özünü bir anlığa,
Xəyanətkar sanacaq.

Üzünü görmək üçün,
Sabaha tələsirəm.
On beş yaşlı gənc kimi,
Titrəyirəm,əsirəm.

İndidən ürəyimi,
Alıbdı yırtıcı qəm.
Buna bircə səbəb var,
Sabah səni görəcəm.

Şehriyar Allahyaroğlu

Geri qayıt