Xəbər > Sevgi Şeirləri, Dini şeirlər, Həsrət şeirləri, Vətən, Vüsal Zaman, Canlı Tv, Ən son xəbərlər, Yeni Mp3ler, Maraqli Videolar > Vusal Zaman Basi Belali Azerbaycanım

Vusal Zaman Basi Belali Azerbaycanım


9-02-2016, 21:08. Yerləşdirildi: Vusal_Zaman

MP3 Yüklə

"Başı Bəlalı Azərbaycanım"

Zəifkən verildi çaqqala fürsət,
Uğruna canından keçdi bu millət.
Can ilə qan ilə quruldu dövlət,
Uğruna fədadır canım və qanım,
Can ! Başı Bəlalı Azərbaycanım !

Bir döyüş əmrinə Mənəm müntəzir,
Qarabağ həsrəti qəlbimi əzir.
Şəhidim torpağın altında bezir !
Eybi yox uğruna bir də mən yanım,
Can ! Başı Bəlalı Azərbaycanım !

Görəndə körpəni yerdə yarımcan,
And içdim Allah'a əlimdə Qur'an.
Edəcəm uğruna canımı qurban,
Zəif də olsa bu cismdə canım,
Can ! Başı Bəlalı Azərbaycanım !

Ananın fəryadı göyə yüksəlir,
Şəhidim hər gecə yuxuma gəlir.
O susqun baxışı qəlbimi dəlir,
Sizlayır hər bir an mənim vicdanım,
Can ! Başı Bəlalı Azərbaycanım !

Ölərsəm ünvanım Qarabağ olsun,
Yanımda üç rəngli bir bayrağ olsun.
Deyəcək Son Sözüm: Vətən sağ olsun !
Unutma Sən Məni Qanlı Ünvanım,
Can ! Başı Bəlalı Azərbaycanım !

Şeirin Müəllifi: Vüsal Zaman

Geri qayıt