Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Vahid Çəmənlin şeirleri » Səni itirməkdən qorxuram, gülüm.

Səni itirməkdən qorxuram, gülüm.

4-03-2016, 10:13
Müəllif: Vahid Çəmənli
Baxış sayı: 562
Şərhlər: 0
Çap etmək
loading...
Qorxu haqqında ballada Vahid Çəmənli



İçimdə nə qədər qorxu var, Allah?
Elə bil mənimlə əkiz doğulub,
Bir səhər tək-tənha qalmaq qorxusu.
Bir səhər sən gələn yollara baxıb,
Ya səni tapmamaq;
Ya da əbədi
Səninlə bir yerdə olmaq qorxusu...

Qorxuram, qəlbinə dəyərəm sənin,
Gözlərin yaşara-ağlamayasan.
Qorxuram, qapını döyərəm sənin,
Məndən zəhlən gedə,- qovlamayasan...

Qorxuram, bir səhər düşüb acığa,
Məndən həmişəlik küsüb gedəsən.
Qorxuram, bəxtinə dümağ qar yağa,
Bütün ümidini üzüb gedəsən...

Qorxuram, yollara baxan gözlərin,
Yorula, dirənə uzaq nöqtəyə.
Qorxuram, bir səhər şirin sözlərim,
Sənə acı gələ,
Ağulu gələ.
Vallah, sənin qədər dünyada heç kim,
Bəxtəvər olmağa layiq deyildir.
Yadıma düşəndə odlanır içim,
Deyən, bəxtin yatıb-ayıq deyildir.

Sənsiz yaşamışam otuz səkkiz il,
İndisə bircə an,
Tək bir anlığa,
Sənsiz olmağımdan elə qorxuram.
Bir qüssə əlindən, kədər əlindən,
Dən düşər o qara telə, qorxuram.
Qorxuram ümidlə yaşayaq, - bir gün,
Verək ümidləri yelə qorxuram.

Mən sənin yolunda hər şeyə dözüb,
Bütün möhnətini daşıya billəm.
Tək bircə ümidlə baş-başa verib,
Uzun bir ömrü də yaşaya billəm.

Mən qorxaq deyiləm, fəqət qorxuram,
Bir gün nifrətinə dözə bilməyəm.
Qatlanam,
əyiləm,
özüm olmayam,
Ayrıla bilməyəm,
Bezə bilməyəm.

Qorxuram, bir səhər yuxudan durub,
Məni öz yanında görüb, qorxasan.
Qorxuram, bir qara qorxudan durub,
Məni qara qorxu bilib, qorxasan.

İlahi, bu dünya çox qəribədi,
Sevgisi, nifrəti özündən yekə.
Qəmi qəhqəhəli,
Gülüşü qüssə,
Vüsalı, həsrəti özündən yekə.

İlahi, bu dünya çox qəribədi,
Dağına, daşına baxıb qorxuram.
Çıxıram davaya qorxularıyla,
Bir qara qorxunu yıxıb, qorxuram.

Heç nədən qorxmuram, fəqət qorxuram,
Bu yuxu uzana,
Ya tez qutara
Bu dəvə yuxusu, - qəflət, qorxuram.

Səni itirməkdən qorxuram, gülüm,
Mən özüm itməkdən qorxuram, gülüm...

Vahid Çəmənli.
16.08.94
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: