Qeydiyyat Daxil ol
Sayta giriş
Качественные бесплатные шаблоны dle скачать с сайта
Reklam 170x560 (0517101296)
loading...
Reklam 170x560 (0517101296)
loading...
Sevgi » Vahid Çəmənlin şeirleri » Sevgi möcüzələr yaradır. Vahid Çəmənli

Sevgi möcüzələr yaradır. Vahid Çəmənli

22-04-2016, 11:48
Müəllif: Vahid Çəmənli
Baxış sayı: 645
Şərhlər: 0
Çap etmək
loading...
Sevgi möcüzələr yaradır.

Hava isti olmasına baxmayaraq, balaca Məsud xeyli qalın geyinmişdi. Anası bərk-bərk tapşırmışdı ki, yerdə oturmasın, torpaqla oynamasın, ayaqlarını suya soxmasın, yoxsa soyuqlayar, Allah eləməmiş, burnundan qan açılar. Yox, Məsud burnundan qan açılmasından qorxmurdu. Onu qorxudan anasının üzülməsi idi. Məsudun burnundan qan açılanda anasının rəngi sapsarı saralır, dizləri əsirdi, - can bala,sənə nə oldu, - deyə soruşa-soruşa çırpınır, təlaş içində o yana, bu yana qaçır,onun burnundan axan qanı kəsmək üçün bilmirdi nə eləsin... Məsudun burnundan axan hər damla qan sanki selə dönüb ananın gözlərindən axırdı.
Məsud, bağcada bitən sarı çiçəklərdən toplamaq istədi, lakin anasının dediyi sözləri xatırlayıb fikrindən daşındı. Əllərini cibinə qoyub bağcanın dərinliklərinə doğru addımladı. O, bayaqdan bəri həzin civilti səsi eşidirdi. Amma bu səsin haradan gəldiyini anlamırdı. Ona görə də heç özü də bilmədən səs gələn tərəfə gedir, maraqla ətrafa baxırdı. Səs get-gedə güclənirdi. Birdən Məsud yerində donub qaldı. Ağacların arasındakı otların üstünə bir ətcəbala düşmüşdü. Ətcəbala, otların üstündə çabalaya-çabalaya yazıq-yazıq civildəyirdi. O, qeyri-ixtiyari yerə oturdu, ətcəbalanı əlinə almaq istədi, amma onu incidəcəyindən qorxdu. İstədi ayağa durub anasına xəbər vermək üçün evə sarı qaçsın, ağacların arasında asta-asta ətcəbalaya tərəf gələn Məstanı gördü, yerdən çubuq götürüb pişiyi qovaladı, sonra anasını səslədi:
-Ana, ana, tez bura gəl ana...
Həyətin o biri başında paltar sərən ananın elə bil dizləri qırıldı, - vay, başıma xeyir, uşağı ilan vurdu, nədi, - deyə fikrindən keçirdi, tez sərmək istədiyi paltarı vannaya atıb Məsuda tərəf qaça-qaça uzaqdan soruşdu:
-Dərdin ürəyimə, nə oldu, sənə bir şey oldumu?
-Yox, ana, mənə heç nə olmayıb. Amma orada bir ətcəbala var, ana. Bax, otların üstünə düşüb. Gör necə yazıq-yazıq civildəyir?
Ana başını qaldırıb ərık ağacının lap uçundakı yuvanı göstərdi:
-Ağrın ürəyimə, görürsənmi o yuvanı? Bax yəqin o yuvadan düşüb.
-Ana, biz indi nə edək? Bəlkə onu qaldırıb öz yuvasına qoyaq. Yazıqdı, burada qalıb öləcək. Mən olmasaydım, Məstan onu yemişdi.
Ana kədərlə gülümsədi:
-Yuvalarından düşən ətcəbalaları ana quş yuvaya qoymur, dərdin alım.
Məsud heyrətindən donub qaldı:
-Niyə, ana?
-Onlar zədəli olurlar, ya ayaqları, ya qanadları, nəsə bir yerləri qırılır, böyüyəndə xəstə olurlar, uça bilmirlər. Ona görə də ana quş bu cür yerə düşən balaları qəbul eləmir, dimdiyi ilə götürüb təzədən yuvadan yerə atır.
Ana bu sözləri dedikcə Məsuda baxır, onun üzünün necə dəyişdiyini görürdü. Ana anlayırdı ki, nəyi isə deməməli idi, təbiətin bu sərt qanunu Məsudu yaralaya bilərdi. Ananın narahatçılığı çox özünü gözlətmədi. Məsud kədərlə soruşdu:
-Ana, deməlı mən də yuvadan yıxılmışam?
-Bu nə sözdü, mənim balam?
-Mən də həmişə xəstəyəm, uşaqlarla oynaya bilmirəm, yerdə oturmağa qorxuram...Ana mən böyüyəndə də xəstə olacam? Ana sən də məni atacaqsan?
Ana Məsudun boynunu qucaqladı, göz yaşlarına qərq olan üzündən öpdü:
-Canım, gözüm, insanlar quşlar kimi deyil ki...Mən canımı da sənə verərəm, uf demərəm. Sən mənim balamsan. Heç ana da balasını atarmı?
-Ana, gəl bu ətcəbalanı götürüb saxlayaq.
-Biz onu saxlaya bilmərik, bala.
-Niyə, anacan?
-Onu saxlanmaq üçün gərək bütün günü ona qulluq edəsən.
Məsud anasına sarındı:
-Ana, mən ona qulluq edəcəm, ana, gəl götürək, yazıqdı, burada qalıb ölməsin. Bax, Məstan gör necə marıtlayıb? Biz burdan gedən kimi onu yeyəcək.
-Nə deyirəm, ağrın alım, əgər istəyirsən, götürək, saxlayaq, qoy mən gedim bir qutu tapım gətirim.
Ana qaçaraq evdən bir qutu gətirdi, qutunun içində yumşaq quru otlardan bir yuva düzəltdi, ətcəbalanı ehtiyatla yerdən qaldırıb qutunun içindəki yuvaya qoydu. Onlar qutunu götürüb evə gəldilər.
Məsud qutudan bir addım kənara çəkilmirdi. Ətcəbalanın civiltisi onu narahat edir, nə edəcəyini bilmirdi.
-Ana, ətcəbalalar nə yeyir?
-Anası onlara soxulcan, cücü-mücü tutub verir.
-Ana, olarmı mən gedim bağcamızdan soxulcan tapım gətirim?
-Axı əlini torpağa vuracaqsan, bala. Birdən soyuqlasan, ya əlini-qolunu yaralasan mən nə edərəm?
-Mən ehtiyatla yığaram, ana.
Əlacsız qalan ana razılıq verdi. Məsid kiçik kürəyi götürüb bağcaya getdi. Bir azdan bir ovuc soxulcanla qayıtdı. Soxulcanın birini ətcəbalanın dimdiyinə yaxınlaşdıran kimi ətcəbala soxulcanı qapıb uddu. Məsudun sevinci yerə-göyə sığmadı:
-Ana, bax gör necə yeyir?
Ana əlində yemək dolu qabla Məsuda yaxınlaşdı:
-Gözümün işığı, sən öz balanı yedizdir, mən də öz balamı yedizdirim, olarmı?
-Yaxşı ana...
Məsud bütün günu ətcəbalaya qulluq elədi. O, ətcəbalanı yedizdirmək üçün bağcanı ələk-vələk edir, soxulcan, cücü tutub gətirirdi. Bütün gün yorulmadan çalışırdı.
Bir neçə gün keçdi. Məsud ətcəbalaya qulluq etdiyi bu günlər ərzində quş tamam dəyişmişdi, böyümüşdü. Boynunun altında, başında, qanadlarında güclə seziləcək tüklər bitmişdi. Məsud da dəyişmişdi, yanaqlarında xəfif qızartı vardı, burnundan qan açılmırdı, gözləri sevincdən alışıb yanırdı. Ana, balaca Məsuda baxdıqca ürəyi şadlanır, içində bir ümid doğurdu.
...Bu hadisədən bir ay da keçdi.
Onkologiya şöbəsində işləyən həkiminin otağında bir ana ilə, al qırmızı yanaqlı bir oğlan uşağı oturmuşdu. Uşağın çiynnində tükləri qapqara bir quş vardı. Həkim əlindəki rentgen şəkillərinə baxır, nəsə axtarırdı. Sonra stolunun yeşiyindən bir neçə rentgen şəkilləri çixarıb baxdı, sonra yenə təzə şəklə baxdı, təəccüblə soruşdu:
-Burada şiş vardı, o necə olub, mən onu tapa bilmirəm?
Ana heyrətləndi:
-Siz nə danışırsınız, doktor?
Doktor barmağı ilə şəkildəki bir nöqtəni göstərdi:
-Burada şiş vardı, mən onu tapa bilmirəm. Elə bil şiş əriyib, yox olub, - o həyəcanla ayağa durub oğlana yaxınlaşdı, onun alışıb yanan gözlərinə, al yanaqlarına, çiynində oturan quşa baxdı, - siz ona hansı dərmanı vermisiniz?
-Siz yazan dərmanları, ayrı heç nə...
-Bəs şiş necə olub?
-Ana təbəssümlə oğlanın çiynindəki quşu göstərdi:
-Doktor, hər şey o quşu tapandan sonra başladı. O bir ətcəbala idi. Məsud onu tapıb evə gətirdi. Elə bağlanmışdı o quşa… Gecə-gündüz qulluq elədi ona...Gördüm cani-dildən qulluq edir, ta mən də dəymədim. Yavaş-yavaş balamın da iştahı açıldı, tez-tez burnundan açılan qan kəsdi, başgicəllənmələri dayandı, gecələr rahat yatdı...
-Həkim Məsudun saçlarını tumarladi:
-Bu quşa olan eşqi onu sağaldıb. Mən bilirdim ki, sevgi möcüzələr yaradır, amma bu qədər bilmirdim. Sizin oğlunuz tamamılə sağalıb.
Ana sevinclə oğlunu qucaqlayıb bağrına basdı.

Bakı.
22.04.2016
/ SevgiDOLU.Biz
Reyting:
  
Siz saytda qeydiyyatdan keçməmisiniz. Biz məsləhət görürük ki,qeydiyyatdan keçəsiz və sayta öz adınızla daxil olasınız.
Şərh yazın
Adınız: *
e-mail: *
Mətni daxil edin:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şifrə: Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: